MIM-104 Patriot

MIM-104 Patriot
Almaniya HHQ-nə məxsus Patriot sistemi
Tipi Uzun mənzilli zenit-raket kompleksi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1981–davam edir
İstismara başlanması 1981
İstismar edənlər İstifadəçilər bölməsinə bax
İstifadə edilən döyüşlər Körfəz müharibəsi
İraq müharibəsi
Qoruyucu Sərhəd əməliyyatı
Suriya vətəndaş müharibəsi
Yəmən vətəndaş müharibəsi
İstehsal tarixçəsi
Konstruktor Raytheon, Hughes və RCA
Konstruksiya tarixi 1969
İstehsalçı Raytheon Company
İstehsal illəri 1976
İstehsal sayı 1106 ədəd ABŞ Ordusunun silahlanmasında
172-dən çoxu ixrac edilib[1]
10,000-dən çox raket istehsal olunub
Variantları Variantları bölməsinə bax
Xüsusiyyətləri
Ağırlığı 444 kq
Uzunluğu
  • 5,31 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MIM-104 PatriotABŞ Ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-nin əsas müdafiə sənayesi şirkətlərindən biri olan Raytheon tərəfindən istehsal olunur. Patriot sistemi özündən əvvəl ABŞ Ordusunun silahlanmasında olan orta-uzun mənzilli MIM-14 Nike-Hercules və orta mənzilli taktiki hava hücumundan müdafiə sistemi olan MIM-23 Hawk komplekslərini əvəz etmişdir. Bütün bunlara əlavə olaraq, Patriot sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunmuşdur. Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir.[2]

Patriot kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz olunub. Bu sistem ABŞ Ordusunun silahlanmasına daxil edildikdən sonra Niderland, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, QətərRumıniyaya satılmışdır. 2006-cı ildə Şimali Koreyanın Yapon dənizi yaxınlığında ballistik raket sınağı və yeraltı nüvə testi həyata keçirməsindən sonra Cənubi Koreya da Almaniyadan ikinci əl Patriot sistemi satın almağa qərar vermişdir.[3] Polşa da ABŞ-yə məxsus bir divizion Patriot zenit-raket kompleksinə ev sahibliyi edir. Bu raket sistemləri ilk olaraq Polşanın Moronq şəhərində yerləşdirilsə də, sonradan Rusiya tərəfinin etirazları nəticəsində bu komplekslər Rusiya ilə sərhəddən daha uzaqda yerləşən TorunUstka şəhərlərinə köçürülmüşdür.[4] 4 dekabr 2010-cu il tarixində NATO Suriya vətəndaş müharibəsinin baş verməsi səbəbilə Patriot raket sistemlərinin Türkiyə ərazisində yerləşdirildiyini açıqlamışdır.[5]

Patriot raket sistemi 1991-ci ildə baş vermiş Körfəz müharibəsi ərzində İraq tərəfindən atılan 40-a yaxın Skad ballistik raketini zərərsizləşdirməyi bacarmışdır. Sistem, həmçinin 2003-cü ildə İraq müharibəsi zamanı və 2015-ci ildə başlamış Yəmən vətəndaş müharibəsi zamanı aktiv şəkildə istifadə olunmuşdur. 2014-cü ildə İsrail tərəfindən başladılan Qoruyucu Sərhəd əməliyyatı ərzində İsrailə məxsus MIM-104D divizionu Həmasa məxsus iki ədəd PUA-nı məhv etməyi bacarmışdır. 23 sentyabr 2014-cü ildə İsrail hava məkanını pozan Suriya Hərbi Hava Qüvvələrinə məxsus Su-24 döyüş təyyarəsi İsrailə məxsus Patriot divizionu tərəfindən atəşlə məhv edilmişdir.[6]

  1. "MIM-104 Patriot". Jane's Information Group. 12 avqust 2008. İstifadə tarixi: 10 aprel 2018.
  2. "Raytheon Unveils New Patriot Radar at AUSA Global 16". Army Times. 15 mart 2016.
  3. "South Korea Eyes Independent Missile Defense System". Spacewar.com. 20 dekabr 2006. 2014-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2018.
  4. "Building the Shield". Defense News. 21 mart 2011. 21 yanvar 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2018.
  5. Lekic, Slobodan. "NATO backs Patriot anti-missile system for Turkey". Boston.com. 4 dekabr 2012. 20 oktyabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2018.
  6. Raved, Ahiya. "IDF: Syrian fighter jet shot down over Golan". Ynetnews. 23 sentyabr 2014. 2014-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2018.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy